EN

“Kəpəz”dən tarixi antirekord - Premyer Liqada yeddi turda yeddi məğlubiyyət

“Kəpəz” Azərbaycan çempionatları tarixindəki antirekordu təkrarlayıb.

İdman.biz PFL-in rəsmi saytına istinadən xəbər verir ki, bu, Gəncə klubunun Misli Premyer Liqasının ilk yeddi oyununda məğlub olması ilə mümkün olub.

1992-ci ildən keçirilən ölkə çempionatları tarixində yeddinci dəfə bir komanda startda yeddi dəfə uduzub. “Kəpəz” belə halla ikinci dəfə üzləşən yeganə klubdur. Qərb təmsilçisi ötən mövsümdə də ilk yeddi turu xalsız bitirib. Lakin həmin vaxt (2-18) top fərqi indiki ilə (2-20) müqayisədə daha yaxşı olduğundan, gəncəlilərin ən uğursuz startı cari mövsümə təsadüf edir.

“Sarı-göylər”dən başqa Kürdəmir “Şirvan”ı 1992, Sumqayıt “Xəzər”i 1994/95, “Şəmkir” 1996/97, Quba “Şahdağ”ı 2000/01 və “Şəfa” 2004/05 mövsümündə belə uğursuzluq yaşamışdı.

Qeyd edək ki, 1992-ci ildə çempionatda çıxışını dayandıran “Gənclik” klubuna bütün matçlarda məğlubiyyət verildiyi üçün siyahıya daxil edilməyib.

İdman.biz

Məqalədə:
Chosen
22
11
idman.biz

10Sources