EN

Rəcəb Tayyib Ərdoğan sabah Qəbələyə səfər edəcək

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Azərbaycan Prezidenti İlham Əliyevin dəvətini qəbul edərək, Qəbələdə keçiriləcək Türk Dövlətləri Təşkilatının 12-ci Zirvə Toplantısında iştirak etmək üçün sabah Azərbaycana səfər edəcək.

News365.az-ın xəbərinə görə, Türkiyə Prezidentinin Mətbuat Xidmətinin rəhbəri Burhanettin Duran X sosial şəbəkəsində paylaşım edərək bildirib ki, Prezident Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevin dəvətini qəbul edərək Qəbələdə keçiriləcək Zirvə Toplantısına qatılacaq.

Burhanettin Duran qeyd edib:
“‘Regional Sülh və Təhlükəsizlik’ mövzusu ilə keçiriləcək Zirvə çərçivəsində Türk Dövlətləri Təşkilatının institusional quruluşunun möhkəmləndirilməsi və Təşkilat çərçivəsində əməkdaşlığın gücləndirilməsi ilə bağlı işlər nəzərdən keçiriləcək, həmçinin Qəbələ Bəyannaməsi daxil olmaqla müxtəlif sənəd və qərarların qəbul edilməsi planlaşdırılır.

Hörmətli Prezidentimizin Zirvə çərçivəsində Dövlət Başçıları Şurasının toplantısında iştirak etməsi və digər dövlət və hökumət başçıları ilə görüşlər aparması nəzərdə tutulur.”

Chosen
14
news365.az

1Sources