EN

Qusarda gənclərin DİO-da xidmətə və təhsilə təşviq edilməsi ilə bağlı görüş keçirildi - FOTO

BAKI, 6 oktyabr. TELEQRAF

Qusar Rayon Polis Şöbəsində IX-XI sinif şagirdləri ilə "Gənclərin DİN sistemində təhsilə və xidmətə təşviq edilməsi" məqsədi ilə görüş keçirilib.

Teleqraf xəbər verir ki, tədbirdə Qusar RPŞ-nin rəisi, polis polkovniki Azər Əfəndiyev, Polis Akademiyasının əməkdaşı polis polkovnik-leytenantı Eldəniz Kazımov və RPŞ-nin digər əməkdaşları, həmçinin, müəllim və valideynlər iştirak ediblər.

Tədbirdə çıxış edən polis rəisi A.Əfəndiyev daxili işlər orqanlarında xidmət etmək həvəsində olan məktəblilərə Polis Akademiyası ilə bağlı ətraflı məlumatlarverib. Ölkəmizin daxili işlər orqanlarının və Polis Akademiyasının tarixi, vətənə xidmətin şərəfli olması barədə yeniyetmə və gənclərimizlə söhbətlər aparıb.

Daha sonra çıxış edən E.Kazımov şagirdlərə Polis Akademiyasına qəbulun şərtləri,üstünlükləri və orada yaradılmış maddi-sosial baza haqqında geniş məlumatlar verib.

Görüşün sonunda dinləyicilərin sualları cavablandırılıb, eləcə də Polis Akademiyasının tədris korpusu və yataqxana kompleksindən bəhs edən video çarx nümayiş etdirilib.

Chosen
11
5
teleqraf.com

6Sources