EN

Dünya çempionatına vəsiqə qazanan millinin sükanı arxasına keçir - Məşhur italyan

İtaliyalı sabiq müdafiəçi və hazırda futbol məşqçisi kimi fəaliyyət göstərən Fabio Kannavaro Özbəkistana gedib.

Sportinfo.az xəbər verir ki, bu barədə Özbəkistan Futbol Assosiasiyasının mətbuat xidməti məlumat yayıb.

Kannavaro köməkçiləri ilə birlikdə ölkəyə səfər edib və o, Özbəkistan milli komandasının baş məşqçisi təyin olunmağa çox yaxındır. O, yığmanı 2026-cı il dünya çempionatında da çalışdıracaq.

52 yaşlı mütəxəssisin son iş yeri Zaqreb “Dinamo”su olub. O, Xorvatiya klubundan bu ilin yazında ayrılıb.

2026-cı il dünya çempionatı Şimali Amerikada keçiriləcək və Özbəkistan millisi tarixində ilk dəfə mundialda iştirak edəcək.

Chosen
11
sportinfo.az

1Sources