EN

“Bəlkə də…” filmi Qazaxıstanda mükafat qazandı

Azərbaycanlı ssenarist və rejissor Taleh Yüzbəyovun “Bəlkə də…” filmi Qazaxıstanda təşkil olunan nüfuzlu “Korkut Ata” Türk Dünyası Film Festivalında ssenari üzrə əsas mükafata layiq görülüb.

Dərgi.az xəbər verir ki, Taleh Yüzbəyov hisslərini sosial media hesabında bölüşüb. O bildirib ki, bu, onun ilk film mükafatıdır və qalibiyyət ona böyük həyəcan yaşadıb:

“İlk dəfə idi filmə görə hansısa mükafat alırdım. Həyəcanlı idim. Məni təəccübləndirən isə tədbirdən sonra prodüser və rejissor olan jurilərin yaxınlaşıb, qucaqlaması, ürək sözlərini deməsi idi. Gözləmədiyim qədər bəyənmişdilər filmi. Hətta bir neçə yaxşı təklif də aldım, vaxtı çatanda onları da deyəcəm,” – deyə Yüzbəyov qeyd edib.

Sənətçi həmçinin filmin kommersiya baxımından böyük uğur qazanmamasına baxmayaraq, bu layihəyə görə heç vaxt peşman olmadığını vurğulayıb:

“Bu filmin kassa uğuru olmasa da, heç vaxt bu işin altına girdiyimə görə peşman olmamışam. Bu yolda yanımda olan adamlara, filmin izləyicilərinə isə ancaq təşəkkür edə bilərəm.”

Qeyd edək ki, “Korkut Ata” Film Festivalı türkdilli ölkələrin kino sənətini bir araya gətirən ən önəmli beynəlxalq tədbirlərdən biridir.

Chosen
18
1
dergi.az

2Sources