AZ

Talehin “Bəlkə də…”si Qazaxıstanda mükafat qazandı

Azərbaycanlı ssenarist və rejissor Taleh Yüzbəyovun “Bəlkə də…” filmi Qazaxıstanda təşkil olunan nüfuzlu “Korkut Ata” Türk Dünyası Film Festivalında ssenari üzrə əsas mükafata layiq görülüb.

Musavat.com xəbər verir ki, Taleh Yüzbəyov hisslərini sosial media hesabında bölüşüb.

Bildirib ki, bu, onun ilk film mükafatıdır.

“İlk dəfə idi filmə görə hansısa mükafat alırdım. Həyəcanlı idim. Məni təəccübləndirən isə tədbirdən sonra prodüser və rejissor olan jurilərin yaxınlaşıb, qucaqlaması, ürək sözlərini deməsi idi. Gözləmədiyim qədər bəyənmişdilər filmi. Hətta bir neçə yaxşı təklif də aldım, vaxtı çatanda onları da deyəcəm”, - deyə Yüzbəyov qeyd edib.

Sənətçi həmçinin filmin kommersiya baxımından böyük uğur qazanmamasına baxmayaraq, bu layihəyə görə heç vaxt peşman olmadığını vurğulayıb:

“Bu filmin kassa uğuru olmasa da, heç vaxt bu işin altına girdiyimə görə peşman olmamışam. Bu yolda yanımda olan adamlara, filmin izləyicilərinə isə ancaq təşəkkür edə bilərəm”.

Qeyd edək ki, filmdə Taleh Yüzbəyov, İranə Kərimova, Əli Əlizadə, Nurlan Rüstəmov, Günay Əhməd, Əlixan Rəcəbov rol alır. 

Yaxınlarını itirmiş iki insanın qəfil tanışlığı və zaman maşını ilə keçmişə qayıtmaq arzusu üzərində qurulan elmi-fantastik hekayədir. İxtiraçı atasına verdiyi sözü, Mələk isə nişanlısını xilas etmək istəyir. Amma zaman maşınını hazırlamağa yaxın olduqca, onları gözlənilməz hadisələr və o dünyadan gələn ruhlar narahat etməyə başlayır. Əsl çətinlik bundan sonra başlayır...

Könül
Musavat.com 

Seçilən
10
1
musavat.com

2Mənbələr