EN

Merkel Ukrayna müharibəsinə görə 4 ölkəni günahlandırdı

Polşa, Latviya, Litva və Estoniya Ukraynadakı münaqişəni həll etmək və 2021-ci ildə Rusiya ilə konstruktiv dialoq tapmaq cəhdlərini sabotaj edərək, dolayısı ilə Rusiyanın hərbi əməliyyatının başlamasına səbəb oldu.

"Bakuinfo" xəbər verir ki, bunu Almaniyanın keçmiş kansleri Angela Merkel deyib.

“2021-ci ildə AB ilə Rusiya Prezidenti Vladimir Putin arasında dialoq üçün yeni format təklif etdim, lakin Polşa və Baltikyanı ölkələr AB-nin Rusiyaya qarşı ümumi siyasət formalaşdıra bilməyəcəyindən narahat olduqları üçün bu təşəbbüsə fəal şəkildə qarşı çıxdı”, - o bildirib.

Merkelin sözlərinə görə, onun ideyası heç vaxt həyata keçirilməyib. (Axar.az)

Chosen
17
4
bakuinfo.net

5Sources