EN

Türkiyə ilə sərhədə 150 minlik qoşun yeridilir – Yeni müharibə riski?

Yunanıstan Türkiyə ilə sərhəddə 150 minlik ordu yerləşdirməyə hazırlaşır.

“Yeni Sabah” xəbər verir ki, bunu ölkənin müdafiə naziri Nikolaos Dendias bildirib.

Onun sözlərinə görə, ölkəsinin Silahlı Qüvvələrində yeni islahatlar aparılır. Bunun üçün xüsusi qanun layihəsi hazırlanıb. Layihəni N.Dendias Silahlı Qüvvələrin Zabitlər Klubunda təqdim edib.

Nazir söyləyib ki, islahatların məqsədi ordunu daha çevik və döyüşə hazır vəziyyətə gətirməkdir:

“İslahatlara 150 minlik ehtiyat ordunun yaradılması və Türkiyə ilə sərhəddəki Evros çayı boyunca xüsusi bölmənin yerləşdirməsi də daxildir”.

Qanun layihəsində həmçinin hərbi hazırlıqla bağlı müddəalar və hərbi qulluqçuların maaşlarının artırılması ilə bağlı müddəalar da yer alıb. Ordudakı yeni islahatlar Yunanıstan qoşunlarının Şərqi Egey və Trakya sərhədləri boyunca gücləndirilməsini əhatə etsə də, Yunanıstanın Türkiyəyə qarşı hərbi addımları bununla məhdudlaşmır. Rəsmi Afina Avropa Müdafiə Proqramı çərçivəsində Türkiyəyə qarşı başqa addımlar da atır.

Layihəyə əsasən, Yunanıstanın hərbi akademiyaları inkişaf etdiriləcək və hərbi təhsil gücləndiriləcək.

Bundan başqa, hərbi xidməti yuxarıdan aşağıya əsaslı şəkildə yenidən nəzərdən keçirəcək. Dəyişikliklər arasında hərbi personalın pilotsuz uçuş aparatları əməliyyatları üzrə məcburi təlim keçməsi də var.

Chosen
6
5
moderator.az

6Sources