EN

ING 2027-ci ilə qədər Azərbaycanda ticarət profisiti ilə bağlı proqnozlarını ictimailəşdirib

Bakı. Trend:

Niderlandın “ING Group” maliyyə qrupu 2025-ci ildə Azərbaycanıncari əməliyyatlar balansının profisitinin 2024-cü ildəki ümumidaxili məhsulun (ÜDM) 6,3 faizindən 2 faizə enəcəyini, 2026-cı ildəisə bu göstəricinin 3,3 faiz səviyyəsində defisitə çevriləbiləcəyini gözləyir.

Trend xəbər verirki, oxşar tendensiya ticarət balansında da gözlənilir. Proqnozlaraəsasən, onun göstəricisi 2024-cü ildəki ÜDM-in 11,9 faizindən2025-ci ildə 6,3 faizə, 2026-cı ildə isə 1,2 faizə qədərazalacaq.

Eyni zamanda, ölkənin xarici borcunun nisbətən sabit qalacağıgözlənilir – 2024-cü ildə ÜDM-in 20,2 faizi olduğu halda, 2025-ciildə bu göstərici 19,5 faiz, 2026-cı ildə isə 19,7 faiz təşkiledəcək.

Cari əməliyyatlar balansının profisiti azalmağa davam edir,çünki ticarət profisiti sıfıra yaxınlaşır. Bu isə neftqiymətlərinin enməsi və idxalın davamlı artımı ilə əlaqədardır.Azərbaycan Mərkəzi Bankı getdikcə daha çox valyuta bazarındakıaxınlara diqqət yetirir və son açıqlamalarında xarici sabitliyinqorunmasının vacibliyini vurğulayır.

Chosen
10
az.trend.az

1Sources