EN

Ukrayna Rusiyanın pirotexnika zavoduna zərbə endirib

Ukrayna Rusiyanın Nijnı Novqorod vilayətindəki Sverdlov adına pirotexnika zavoduna zərbə endirib.

APA xəbər verir ki, bu barədə Ukrayna ordusunun Baş Qərargahı “Telegram” kanalında məlumat yayıb.

Məlumatda bildirilir ki, müəssisəyə edilən hücum nəticəsində yanğın başlayıb və çoxsaylı partlayış səsləri eşidilib.

Sverdlov adına zavod Rusiya Federasiyasının ən böyük partlayıcı maddə istehsalçılarından biridir.

Ukrayna hərbçiləri həmçinin işğal olunmuş Krımın Feodosiya şəhərində dəniz neft terminalına və neft anbarına edilən hücum barədə məlumat veriblər.

Ukrayna tərəfinin məlumatına görə, zərbəyə məruz qalmış Feodosiya şəhərindəki neft anbarı Rusiya ordusuna yanacaq təminatında iştirak edir.

Chosen
39
4
apa.az

5Sources