EN

DSX-nin rəhbər heyəti şəhid ailələrini ziyarət edib

Dövlət Sərhəd Xidmətinin rəhbər heyəti Vətən müharibəsinin 5-ci ildönümü ərəfəsində şəhid ailələrini ziyarət etmişdir.

Bu barədə XQ-yə DSX-inin Mətbuat Mərkəzindən məlumat verilib. Bildirilib ki, görüşlər zamanı ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda şəhid olmuş vətən övladlarının ailələrinin, əlillərin və müharibə veteranlarının sosial təminatı məsələlərinin Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin və Birinci vitse-prezident xanım Mehriban Əliyevanın rəhbərliyi ilə həyata keçirilən dövlət siyasətinin əsas istiqamətlərindən biri olması xüsusi vurğulanmışdır.

Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev şəhid sərhədçilərin döyüş yolu və qəhrəmanlıqları haqqında danışmış, onların xatirəsinə hörmət və ehtiramın hər bir Azərbaycan vətəndaşının başlıca vəzifəsi olduğunu qeyd etmişdir.

Şəhid ailələri tarixi qələbədən sonra işğaldan azad olunmuş torpaqlarda üçrəngli bayrağımızın dalğalanmasından təsəlli tapdıqlarını bildirmiş, göstərdikləri diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını ifadə etmişlər.

N.Adilqızı
XQ

Chosen
10
8
xalqqazeti.az

9Sources