AZ

Elçin Quliyev şəhid ailələrini ziyarət edib - FOTO

Dövlət Sərhəd Xidmətinin rəhbər heyəti Vətən müharibəsinin 5-ci ildönümü ərəfəsində şəhid ailələrini ziyarət edib.

Bu barədə Herbiand.az-a Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən məlumat verilib.


Görüşlər zamanı ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda şəhid olmuş vətən övladlarının ailələrinin, əlillərin və müharibə veteranlarının sosial təminatı məsələlərinin Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin və Birinci vitse-prezident xanım Mehriban Əliyevanın rəhbərliyi ilə həyata keçirilən dövlət siyasətinin əsas istiqamətlərindən biri olması xüsusi vurğulanıb.


Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev şəhid sərhədçilərin döyüş yolu və qəhrəmanlıqları haqqında danışıb, onların xatirəsinə hörmət və ehtiramın hər bir Azərbaycan vətəndaşının başlıca vəzifəsi olduğunu qeyd edib.

Şəhid ailələri tarixi qələbədən sonra işğaldan azad olunmuş torpaqlarda üçrəngli bayrağımızın dalğalanmasından təsəlli tapdıqlarını bildirib, göstərdikləri diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını ifadə ediblər.






Seçilən
12
8
herbiand.az

9Mənbələr