“Karvan-Yevlax”la oyunda zədə alan “Sabah”ın futbolçusu Coy-Lens Mikels tam tibbi müayinədən keçib.
"Cebheinfo.az" xəbər verir ki, müayinənin nəticələrinə əsasən, futboloçunun daxili orqanlarında hər hansı ciddi zədə və ya daxili qanaxma halı aşkarlanmayıb.
Həkimlərin rəyinə əsasən, futbolçumuza qabırğa əzilməsi diaqnozu qoyulub. Mikelsin bərpa müddəti növbəti günlərdə müəyyən ediləcək.
"Cebheinfo.az"