Sportal.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.
Misli Premyer Liqasının 7-ci turunun "Karvan-Yevlax"la(0:2) görüşündə zədələnən Coy-Lens Mikelsin durumuna aydınlıq gəlib.
Sportal.az saytına klubdan verilən məlumata görə, almaniyalı forvardın zədəsi ciddi deyil:
"Karvan-Yevlax”la oyunda zədə alan futbolçumuz Coy-Lens Mikels tam tibbi müayinədən keçib. Müayinənin nəticələrinə əsasən, futboloçunun daxili orqanlarında hər hansı ciddi zədə və ya daxili qanaxma halı aşkarlanmayıb. Həkimlərin rəyinə əsasən, futbolçumuza qabırğa əzilməsi diaqnozu qoyulub. Mikelsin bərpa müddəti növbəti günlərdə müəyyən ediləcək".
Qeyd edək ki, Mikels zədələndiyi üçün görüşün 90+11-ci dəqiqəsində Tellur Mütəllimovla əvəzlənib.
saytlarin hazirlanmasi
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.