“Turan Tovuz” müdafiəçisi Roderik Millerlə müqavilə müddətini artırıb.
İdmanxeber.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Panamalı futbolçu ilə 1+1 illik yeni müqavilə imzalanıb.
2022/23 mövsümündən “Turan Tovuz”da oynayan Miller artıq 58 matça çıxıb, 10 qol vurub.
Panama millisinin də şərəfini qoruyan Millerin Tovuz təmsilçisi ilə müqaviləsinin müddəti gələn yay başa çatacaqdı.