EN

Bərdə sakininin işlədiyi müəssisədə partlayış nəticəsində ölməsi ilə bağlı cinayət işi başlanıb

Azertag saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Bakı, 6 oktyabr, AZƏRTAC

Oktyabrın 5-i saat 12 radələrində Bərdə rayon sakini, 1960-cı il təvəllüdlü Teyyub Yusifovun iş yerində ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. Araşdırmalarla Teyyub Yusifovun mexanik vəzifəsində işlədiyi pendir istehsalı sexinin qazanxanasında baş vermiş partlayış nəticəsində almış olduğu xəsarətlərdən ölməsinə əsaslı şübhələr müəyyən edilib.

AZƏRTAC xəbər verir ki, bu barədə Baş Prokurorluğun mətbuat xidməti mediadan daxil olmuş sorğulara cavab olaraq məlumat yayıb.

Bildirilib ki, faktla bağlı Bərdə Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 162.2-ci (əmək mühafizəsi qaydalarını pozma ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

İbtidai istintaq davam etdirilir.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
16
38
azertag.az

10Sources