EN

Qazaxıstanda Ceki Çanın filmi çəkiləcək

BAKI, 6 oktyabr. TELEQRAF

Qazaxstanda məşhur çinli aktyor və rejissor Ceki Çanın yer aldığı “Möcüzəli zireh” filminin çəkilişləri keçiriləcək.

Teleqraf xəbər verir ki, bu, əfsanəvi film franşizasının dördüncü hissəsi olacaq.

Layihə təşkilatçılarının verdiyi məlumata görə, filmin növbəti bölümü üçün çəkiliş məkanı kimi Qazaxıstan seçilib. Bu qərar Pekində aparılan danışıqlardan sonra qəbul edilib.

Məşhur aktyor Almatıdakı çəkiliş məkanlarını şəxsən özü seçdiyini açıqlayıb.

Qeyd edək ki, “Möcüzəli zireh” franşizası ilk dəfə 1986-cı ildə ekranlara çıxıb. Döyüş səhnələrini və şərq komediyasını birləşdirən bu film Ceki Çanı dünya ulduzuna çevirib.

Chosen
9
1
teleqraf.com

2Sources