EN

Moldova Vahid Avro Ödənişlər Zonasına qoşulub

Moldovanın Vahid Avro Ödəniş Sahəsinə (SEPA) inteqrasiyası milli maliyyə sistemi üçün tarixi məqamdır və ölkənin Avropa yolunun təsdiqidir.

News365.az "İnterfaks"a istinadən xəbər verir ki, bu barədə ölkənin Milli Bankı məlumat yayıb.

Məlumata görə, Moldova ixracatçıları Aİ ilə ticarətdə xərcləri azaltmaqla hər il təxminən 20 milyon avroya qənaət edəcəklər. Bu mərhələdə səkkiz Moldova bankı SEPA-nın iştirakçısı statusu alıb.

Milli Bankın prezidenti Anca Draqu bildirib ki, əvvəllər Moldovadan beynəlxalq transferin qiyməti 20-200 avro arasında dəyişirdi. SEPA-ya qoşulduqdan sonra ödənişlər ölkədaxili tariflərlə və Avropa İttifaqının (Aİ) standartlarına uyğun olaraq cəmi bir neçə avroya və ya hətta pulsuz olaraq həyata keçiriləcək.

Qeyd edək ki, Moldova 2024-cü ilin yanvarında Avropa Ödənişlər Şurasına rəsmi ərizə təqdim edərək SEPA-ya üzvlük prosesinə başlayıb. 2025-ci il martın 6-da Şura Moldovanın üzvlüyünü təsdiqləyib. Vahid Avro Ödəniş Ərazisi (SEPA) vahid şərtlər altında iştirakçı ölkələrin ödəniş sistemləri arasında Avropa valyutalarında köçürmələrə imkan verən Avropa sistemidir. SEPA Avropa İttifaqına üzv ölkələri, Böyük Britaniyanı, Avropa İqtisadi Zonasını, İsveçrəni, Andorranı, Monakoyu, San Marino və Vatikanı birləşdirir. 

Chosen
9
2
news365.az

3Sources