Fanat portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.
Azərbaycan Premyer Liqanın 7-ci turunda "Karvan-Yevlax"a qarşı keçirilən oyunda zədələnərək xəstəxanaya aparılan "Sabah"ın hücumçusu Coy Lens Mikelsin son durumu açıqlanıb.
Klubun mətbuat sözçüsü Elnur Həmidov bu barədə Fanat.Az-a məlumat verib.
Onun sözlərinə görə, Mikelsin ciddi problemi yoxdur: "Səhhətində ciddi problem yoxdur, özünü yaxşı hiss edir. Futbolçumuz təcili tibbi yardım maşını ilə Şamaxıdakı klinikalardan birinə aparılmışdı. Hazırda evdədir və bu gün müayinə olunacaq. Dəqiq diaqnoz MRT müayinəsindən sonra qoyulacaq. Gün ərzində bu barədə ictimaiyyətə ətraflı məlumat veriləcək".
Qeyd edək ki, oktyabrın 5-də Premyer Liqanın 7-ci turu çərçivəsində keçirilən "Karvan-Yevlax" - "Sabah" matçının son dəqiqələrində rəqib qapıçı ilə toqquşaraq xəsarət alıb. Dərhal meydana tibbi personalı daxil olub. Oyunu başa vura bilməyən futbolçu ambulansla xəstəxanaya aparılıb.
Mirağa
Abunə Ol
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.