EN

Fazil Mustafaya sui-qəsd edən Səricanovun oğlu da hakim qarşısına çıxarılıb

Milli Məclisin deputatı Fazil Mustafaya qarşı sui-qəsdə görə ömürlük həbs cəzası almış Azər Səricanovun oğlu Əbülfəz Səricanovun cinayət işi üzrə məhkəmə başlayıb.

Missiya.Az-ın məlumatına görə Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Səbinə Məmmədzadənin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Cinayət işinin məhkəmə baxışına verilməsi ilə bağlı qərar qəbul edilib.

Qeyd edək ki, Əbülfəz Səricanov Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən həbs olunub.

Ona DTX-də başlanılmış cinayət işi üzrə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 28.277-ci (dövlət xadiminin və ya ictimai xadimin həyatına sui-qəsd etməyə hazırlıq) maddəsi ilə ittiham elan edilib.

Bu maddənin sanksiyasında 20 ilədək və ya ömürlük həbs cəzası nəzərdə tutulub.

Chosen
17
27
missiya.az

10Sources