EN

Azərbaycan millisinin baş məşqçisi: Çexiya və Şotlandiya ilə oyunlarda meydanda cəsarətli çıxış etmək vacibdir

Bakı, 6 oktyabr, AZƏRTAC

Bizi iki maraqlı oyun gözləyir. İlk növbədə mental olaraq hazır olmaq, meydanda cəsarətli çıxış etmək bizim üçün vacibdir. Taktiki planımız da komandanı buna sövq etməlidir.

AZƏRTAC xəbər verir ki, bu sözləri 21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının yeni baş məşqçisi Rəşad Eyyubov AFFA-nın rəsmi saytına açıqlamasında deyib.

Mütəxəssis Avropa çempionatının seçmə mərhələsində Çexiya və Şotlandiya yığmalarına qarşı keçiriləcək oyunlarla bağlı fikirlərini bölüşüb: “Rəqiblərimizin futbolçuları Avropanın yaxşı klublarında çıxış edirlər. Buna görə də ilk dəqiqələrdən intensivliyə uyğunlaşmaq çox önəmlidir. Oyunçularımıza inanıram, məqsədimiz onların potensialını bu matçlarda tam şəkildə üzə çıxarmalarına kömək etməkdir”.

Qeyd edək ki, B qrupunda yer alan U-21 oktyabrın 10-da Karvina şəhər stadionunda Çexiya, 14-də isə “Dalğa Arena”da Şotlandiya yığması ilə qarşılaşacaq.

 

 

Chosen
13
6
azertag.az

10Sources