EN

Bəzi ölkələrdən quş ətinin idxalı QADAĞA EDİLDİ - SİYAHI

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən müvafiq malların idxalına müvəqqəti məhdudiyyət tətbiq olunub.

Moderator.az xəbər verir ki, bu barədə AQTA məlumat yayıb.

Bildirilib ki, Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (ÜHST) rəsmi məlumatlarına əsasən, Monteneqronun Biyelo-Polye şəhərində, Rumıniyanın Qorj bölgəsində, Serbiya Respublikasının Moraviç, Rasina dairələrində, Bosniya və Herseqovinanın Serb Respublikasında blutanq xəstəliyi, Yunanıstan Respublikasının Attika, Afon Dağı inzibati ərazi vahidlərində xırdabuynuzlu heyvanların çiçək xəstəliyi, Amerika Birləşmiş Ştatlarının Montana ştatında, İspaniya Krallığının Madrid muxtar icmasında isə yüksək patogen quş qripi xəstəliyi qeydə alınıb.

Respublika ərazisinin bu yoluxucu xəstəliklərdən qorunması məqsədilə qeyd olunan ərazilərdən zonalaşma prinsipi nəzərə alınmaqla, müvafiq malların idxalına ÜHST-nin "Quruda yaşayan heyvanların sağlamlıq Məcəlləsi"nə uyğun olaraq Qida Təhlükəsizliyi Agentliyi tərəfindən müvəqqəti məhdudiyyət tətbiq olunub.

Eyni zamanda müvafiq tədbirlərin görülməsi üçün Dövlət Gömrük Komitəsinə müraciət olunub.

Chosen
20
32
moderator.az

10Sources