EN

Ukraynanın energetika sektoruna növbəti zərbə endirilib

ain.az, Reyting.az portalına istinadən məlumatı açıqlayır.

Rusiya növbəti dəfə Ukraynanın Çerniqov vilayətinin energetika sektoruna hücum edib. Zərbə obyektə düşüb və nəticədə rayonun bir hissəsi işıqsız qalıb.Reyting.az xəbər verir ki, bu barədə Ukrayna Energetika İdarəsi məlumat yayıb.“Energetiklər artıq bərpa işlərinə başlayıblar, lakin bu, təhlükəsizliklə bağlı narahatlıqlar nəzərə alınmaqla həyata keçiriləcək. Buna görə də sizdən səbr diləyirik. Enerjinin mümkün qədər tez bərpa olunması üçün hər şeyi edirik”, - məlumatda deyilir.Ukrayna Elektrik Enerjisi İdarəsi əlavə edib ki, hazırda regional paytaxt da daxil olmaqla, Çerniqov vilayətində fövqəladə elektrik enerjisinin kəsilməsi cədvəlinin iki mərhələsi qüvvədədir.Xatırladaq ki, sentyabrın sonundan etibarən Rusiya Çerniqov vilayətinin enerji sektoruna kütləvi şəkildə hücum edir. Sentyabrın 25-də kritik infrastruktur obyektinə kütləvi hücumdan sonra 30.000-ə yaxın istehlakçı elektrik enerjisiz qalıb.V. QULİYEV

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
8
1
reyting.az

2Sources