EN

Zukerberq 70 futbol meydançası böyüklüyündə süni intellekt mərkəzi tikir

ain.az bildirir, Reyting.az portalına istinadən.

Milyarder Mark Zukerberqə məxsus olan, ABŞ-nın Luiziana ştatında yerləşən "Meta" şirkəti təxminən 371 600 kvadrat metrə qədər sahəsi olan süni intellekt məlumat mərkəzi inşa edir. Bu, təxminən 70 futbol meydançasına bərabərdir.Reyting.az xəbər verir ki, layihənin dəyəri 10 milyard dollardır. Yeni mərkəzin fəaliyyəti üçün əlavə 3 milyard dollarlıq böyük infrastrukturun qurulması da nəzərdə tutulur. Lakin bəzi yerli sakinlər bu tikintinin elektrik və su təchizatına mənfi təsir göstərəcəyindən narahatdırlar.Yerli "Entergy Louisiana" şirkəti bu yeni mərkəzə enerji verəcək və üç qaz turbinini quraşdıracaq. Şirkətin sözçüləri bildiriblər ki, bu infrastruktura çəkiləcək maliyyə xərclərini də layihə müəllifi kimi "Meta" şirkəti özü qarşılayacaq. Bununla belə, "Entergy Louisiana" şirkəti öncədən xəbərdarlıq edib ki, Zukerberqin layihəsi həmçinin müştərilərin enerji haqlarının təxminən 10 faiz azalmasına səbəb ola bilər.Tikinti nəticəsində 500 daimi və dolayısı ilə 5 min arası iş yeri yaradılacaq. "Meta" şirkətinin bu yeni layihəsinə münasibət bildirən tənqidçilərin fikrincə, burada tikiləcək Süni İntellekt Mərkəzi tezliklə su ehtiyatlarına çox mənfi təsir göstərəcək. Belə iddialara cavab verən "Meta" şirkəti isə bildirib ki, onlar artıq su dayanıqlığını təmin edəcək tədbirlər görüblər və nəinki inşaat zamanı, hətta bundan sonra belə yeni tikilən mərkəzdə yeraltı sulardan istifadə edilməyəcək. Oqtay QORÇU

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
8
1
reyting.az

2Sources