EN

Baş nazirin istefası Fond Birjasına mənfi təsir göstərib

Reyting.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Fransanın baş naziri Sebastyan Lekornu istefa verib. Prezident Emmanuel Makron artıq Sebastyan Lekornunun istefasını qəbul edib.Reyting.az-ın məlumatına görə, bazar günü ölkənin yeni kabinetini formalaşdıran Lekornu bundan 17 saat sonra istefa qərarı verib.Beləliklə, yeni baş nazir cəmi bir ay vəzifədə qalıb. Lekornunun istefa verdiyini elan olunduqdan sonra Paris Fond Birjası 1,7 faiz dəyər itirib.Bazar qarışıqlığı fonunda ifrat sağçı Milli Ralli Partiyası prezident Emmanuel Makronu parlamenti buraxmağa çağırıb.Ölkə bir ilə yaxındır ki, etirazlar və tətil dalğaları ilə sarsılsa da, Paris hökuməti hələ də sabit hökumət qura bilməyib. Lekornunun qısa ömür sürən kabineti də vəzifəyə gəldikdən sonra kəskin tənqid hədəfinə çevrilib.Lekornunun andiçmə mərasimi zamanı yüz minlərlə insan bir neçə böyük şəhərdə, xüsusilə Paris, Marsel və Lionda küçələrə çıxaraq “Makron, istefa ver!” şüarını səsləndirib.Lekornunun istefasından sonra bütün gözlər Yelisey sarayındadır. Makronun yeni kabineti formalaşdırmaqla partiyasından olan iqtisadçıya tapşırıq verəcəyi ilə bağlı şayiələr dolaşır.ELÇİN

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
8
1
reyting.az

2Sources