EN

Qarabağa turist kimi getmək istəyənləri SEVİNDİRƏCƏK XƏBƏR

Baku.ws saytına istinadən ain.az xəbər verir.

"İşğaldan azad olunmuş ərazilərə Dövlət Turizm Agentliyi və Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən vətəndaşların fərdi avtomobilləri ilə səfər etməsi üçün imkanlar yaradılır. Bu məsələdə kifayət qədər böyük irəliləyiş var. İnsanlar çox rahat bir şəkildə portalda qeydiyyatdan keçib Qarabağa səfər edə bilirlər. Əvvəlki illərlə müqayisədə bu dəfələrlə asanlaşdırılıb".

Bu sözləri BAKU.WS-in müxbirinə Dövlət Turizm Agentliyinin (DTA) şöbə müdiri Elgün Cavadov mediatur çərçivəsində bildirib.

DTA rəsmisi əlavə edib ki, bu yaydan etibarən xarici vətəndaşlar da işğaldan azad olunmuş ərazilərə səfər edə bilirlər:

"Artıq ölkəyə gəldikdən sonra bu səfəri həyata keçirə bilirlər. Bu da istər-istəməz Qarabağda turizm potensialının reallaşmasına imkan verir. Artıq demək olar ki, Xankəndi, Şuşa və Laçında çoxsaylı yerləşmə vasitələrimiz var. Xankəndidə bu gün də qeyri-rəsmi statistikaya əsasən 16-17 yaxın otelimiz var. Bu da kifayət qədər böyük rəqəmdir ki, qısa bir müddətda insanların marağı artıb və orada bu cür sahibkarlıq formalaşıb. Həm daxili, həm də xarici turizm baxımından Qarabağ gələcək potensial vəd edir burada görüləcək işlər hələ çoxdur.

Layihələrə gəldikdə isə Dövlət Turizm Agentliyi tərəfindən müxtəlif layihələr icra olunur. Tuğ kəndi qorqudur və gələcəkdə bu kənd ətrafında mədəni obyektlərin yaradılması planlaşdırılır. Ağdamda Şahbulaq ətrafında layihələr icra olunmaqdadır. Eyni zamanda digər dövlət qurumları ilə birgə turizm potensialının artırılması istiqamətində işlər görürük. Kəlbəcərdə gələcəkdə turizm və rekreasiya zonalarının yaradılması planlaşdırılır".

Orxan Hüseyn

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
24
2
baku.ws

3Sources