EN

Azərbaycan ilə Böyük Britaniya arasında hərbi sahədə əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub  

Oktyabrın 6-da Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Fergus Auld ilə görüşüb.

Müdafiə Nazirliyinin Mətbuat və ictimaiyyətlə əlaqələr idarəsindən AZƏRTAC-a verilən məlumata görə, müdafiə naziri Azərbaycan ilə Böyük Britaniya arasında digər sahələrdə olduğu kimi, hərbi sahədə də əlaqələrin xüsusi əhəmiyyət daşıdığını və bunun hər iki tərəfin ordusunun inkişafına töhfə verəcəyini bildirib.

Fergus Auld isə öz növbəsində ölkələrimiz arasında əməkdaşlığın mövcud vəziyyətindən məmnunluq ifadə edib, əlaqələrimizin daha da inkişaf etdirilməsində bu kimi görüşlərin əhəmiyyətini vurğulayıb.

Krallığın ölkəmizdəki hərbi attaşesi 2-ci dərəcəli kapitan Gavin Tarbardın da iştirak etdiyi görüşdə tərəflər hərbi sahədə əməkdaşlığın inkişaf perspektivləri, regional təhlükəsizlik, həmçinin qarşılıqlı maraq doğuran bir sıra məsələləri müzakirə ediblər.

Chosen
19
38
azerbaijan-news.az

10Sources