
Bakıda həyətdən oğurluq edən iki nəfər tutulub.
Reyting.az xəbər verir ki, Bakının Sabunçu rayonunda bir nəfərə məxsus evin həyətindən məişət əşyaları oğurlamaqda şübhəli bilinən əvvəllər məhkum olunmuşlar - 20 yaşlı Z.Zeynalov və 31 yaşlı Ü.Xudayev polis əməkdaşları tərəfindən müəyyən olunaraq saxlanılıb.
Araşdırmalarla həmin şəxslərin digər bir rayon sakininin həyətindən 35 min manat dəyərində məişət əşyaları talamaları da məlum olub.