
"12 nəfərin müxtəlif yollarla saxta tanınma şəhadətnaməsi əldə etmələri aşkar olunmuş və qanunvericiliyin tələblərinə uyğun olaraq hüquqi qiymət verilməsi məqsədilə aidiyyəti qurumlara göndərilib. Təəssüflə qeyd edirik ki, son 5 ay ərzində 9 belə hal aşkarlanıb. Bildiririk ki, bəzi şəxslər tərəfindən tanınma qərarlarının müxtəlif qeyri-rəsmi üsullarla dəyişdirilə biləcəyi ilə bağlı verilən vədlər həqiqətə uyğun deyil və bu cür hallara yol verilməsi qanunvericilikdə müəyyən olunmuş məsuliyyətə, o cümlədən cinayət məsuliyyətinə səbəb ola bilər. Bu baxımdan, vətəndaşlara yalnız qanunvericilikdə müəyyən olunmuş rəsmi prosedurlar çərçivəsində hərəkət etmələri tövsiyə olunur".