EN

"Survivor 2026"nın ilk iştirakçısı məlum oldu - FOTO

"Survivor 2026"nın ilk iştirakçısı məlum oldu - FOTOFenomen yarışma "Survivor 2026 All Star" üçün geri sayım başlayıb.

Sonxeber.az türk mediasına istinadən xəbər verir ki, bu il də Dominikan Respublikasında çəkiləcək məşhur yarışma hər mövsümdə olduğu kimi izləyicilərə gərgin və həyəcanlı anlar yaşatmağa hazırlaşır.

Yeni mövsümün konsepti "All Star" olacaq və əvvəlki illərdə unudulmaz performansları ilə yadda qalan iştirakçılar yenidən bir araya gələcək.

Proqramın ilk açıqlanan iştirakçısı isə musiqi dünyasının tanınmış simalarından biri – Bayhan Gürhan olub. 2003-cü ildə "Popstar Türkiye" yarışmasında çıxışı ilə böyük bir pərəstişçi ordusu qazanan Bayhan, illər sonra bu dəfə tam fərqli bir platformada – Survivor All Star 2026-da yarışacaq.

Yarışmanın digər iştirakçılarının yaxın günlərdə açıqlanacağı gözlənilir.
"Survivor 2026"nın ilk iştirakçısı məlum oldu - FOTO

Chosen
28
sonxeber.az

1Sources