EN

Azərbaycanda "Açıq bankçılıq" funksionallığının tətbiqinə başlanılıb

Bakı. Trend:

Azərbaycan Mərkəzi Bankı (AMB) maliyyə bazarında ilk dəfə olaraq“Açıq bankçılıq” funksionallığının tətbiqinə başlayıb.

Bu barədə Trend AMB-yə istinadən xəbər verir.

Qeyd edilib ki, “2024-2026-cı illərdə maliyyə sektorunun inkişafStrategiyası” çərçivəsində maliyyə bazarlarında göstərilən maliyyəxidmətlərinin rəqəmsallaşdırılması, həmçinin yerli bazar üçün yeniinnovativ maliyyə məhsullarının təqdim olunması və bununla daölkəmizdə maliyyə inklüzivliyinin artırılması istiqamətindətədbirlərin həyata keçirilməsini davam etdirir. Strategiyanınfəaliyyət planında “Rəqəmsal maliyyə” təşəbbüsü çərçivəsində “Açıqbankçılıq” yanaşmasının tətbiqi strateji prioritetlərdən biri kimimüəyyən edilib. Bu istiqamətdə Mərkəzi Bank tərəfindən “Açıqbankçılıq” yanaşmasını tənzimləyən normativ aktlar və texnikiplatforma hazırlanıb.

Eyni zamanda kommersiya banklarının qeyd edilən platformayainteqrasiyası işləri davam etdirilib. Hazırda 6 kommersiya bankıinteqrasiyanın yekun mərhələsindədir, aşağıda qeyd olunan 13kommersiya bankı - “Azərbaycan Beynəlxalq Bankı” ASC (ABB), “AFBBankı” ASC “Azərbaycan Sənaye Bankı” ASC (ASB), “Azər Türk Bank”ASC (ATB), “Bank of Baku” ASC, “Bank Respublika” ASC, “KapitalBank” ASC, “TuranBank” ASC, “Yapı Kredi Bank Azərbaycan” QSC, “YeloBank” ASC, “BANK VTB (Azərbaycan)” ASC, “Premium Bank” ASC və “XalqBank” ASC inteqrasiya işlərini tam yekunlaşdırıb.

Bundan əlavə, “Azərbaycan Beynəlxalq Bankı” ASC və “Turan Bank”ASC “Açıq bankçılıq” funksionallığını mobil tətbiqlər vasitəsilə özmüştərilərinə təqdim ediblər. Bu mobil tətbiqlər vasitəsilə bankmüştəriləri üçün onların razılığı əsasında digər banklarda olanhesabları və hesab üzrə ödəniş əməliyyatları haqqında məlumatlarıvahid bir tətbiq üzərindən əldə etmək imkanları yaradılıb.

Cari ilin sonunadək “Açıq bankçılıq” platformasının əhatədairəsinin genişlənməsi və digər kommersiya bankları, ödəniştəşkilatları və elektron pul təşkilatlarının da bu platformayaqoşulacağı nəzərdə tutulur.

Xatırladaq ki, “Açıq bankçılıq” yanaşması banklararası vəmaliyyə texnologiyaları ekosisteminin daha sıx inteqrasiyasınıtəmin edir, ölkədə rəqəmsal transformasiya prosesini sürətləndirirvə maliyyə xidmətlərinə çıxış imkanlarını əhəmiyyətli dərəcədəsadələşdirir. Eyni zamanda, bu model bazarda rəqabətyönümlülüyüartırır: banklar və fintexlər daha innovativ məhsullar hazırlamağa,müştəriyə daha rahat və sərfəli xidmətlər təqdim etməyə təşviqolunurlar.

Beləliklə, “Açıq bankçılıq” yanaşmasının ölkəmizdə tətbiqimaliyyə bazarının dayanıqlı inkişafına, rəqəmsal bankçılıqməhsullarının və müştəriyönümlü yanaşmanın genişlənməsinə mühümtöhfə verəcəkdir.

“Açıq bankçılıq” yanaşması haqqında daha ətraflı məlumatla linkvasitəsilə tanış olmaq olar:

https://fintech.cbar.az/open-banking

Məqalədə:
Chosen
16
4
az.trend.az

5Sources