Qadın voleybolçulardan ibarət "Gəncə" klubu heyətini Melissa Rangellə gücləndirib.
Offsideplus.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
O, son mövsümü ölkəsində "Beyond" klubunda keçirib. Melissa Rangel karyerası ərzində Peru, Portuqaliya, Braziliya və İspaniyada legioner həyatı yaşayıb.
Həmçinin Kolumbiya millisinin heyətində Pan-Amerika Oyunlarının qızıl və Pan-Amerika Kubokunun gümüş medalını qazanıb.