III MDB Oyunlarında basketbolun 3x3 növü üzrə yarışlar davam edir.
Offsideplus.az xəbər verir ki, qızların mübarizəsində Azərbaycan milli komandası yarımfinalda Özbəkistanla qarşılaşıb.
Oyun yığmamızın 21:10 hesablı qələbəsi ilə başa çatıb.
Azərbaycan millisinin finaldakı rəqibi Rusiya olacaq.
Qeyd edək ki, MDB Oyunlarına oktyabrın 8-də yekun vurulacaq.