Bakı. TurkicWorld
Azərbaycanın ev sahibliyi etdiyi III MDB Oyunlarında basketbolun 3x3 növü üzrə yarışlar davam edir.
TurkicWorld xəbər verir ki, qızların mübarizəsində Azərbaycan millisi yarımfinalda Özbəkistanla qarşılaşıb. Görüş yığmamızın 21:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Azərbaycan millisinin finaldakı rəqibi Rusiya - Belarus matçından sonra bəlli olacaq. Oyun saat 16:25-də start götürəcək.
Qeyd edək ki, MDB Oyunlarına oktyabrın 8-də yekun vurulacaq.