Bakı. Trend:
1 sentyabr tarixinə olan vəziyyətə görə, Azərbaycanda ortasahibkarlıq subyektlərinə verilmiş kreditlərin həcmi 2 milyard 137milyon manat təşkil edib.
Bu barədə TrendAzərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.
Məlumata əsasən, bu rəqəm 1 avqust 2025-ci illə müqayisədə 119milyon manat və ya 5,9 faiz, ötən ilin eyni dövrü ilə müqayisədəisə 390 milyon manat və ya 22,3 faiz çoxdur.
Belə ki, 1 avqust 2025-ci il tarixinə Azərbaycanda ortasahibkarlıq subyektlərinə verilmiş kreditlərin həcmi 2 milyard 17milyon manat, 1 sentyabr 2024-cü il tarixinə isə 1 milyard 747milyon manat olub.
Qeyd edək ki, 1 sentyabr 2025-ci il tarixinə Azərbaycanda bizneskreditləri portfelinin ümumi həcmi 15 milyard 92 milyon manattəşkil edib.