EN

Hərbi ekspert: Yanvar fevral aylarında döyüşlər şüddətlənəcək

Reyting.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

“ABŞ prezidenti Donald Tramp Rusiyaya münasibətdə ritorikasını dəyişərək Ukraynanın tərəfinə keçib. Lakin ağıllı insanlar anlayır ki, Trampın “ipinin üstünə odun ylğmaq” olmaz, o, stabil mövqeyə malik deyil. Yəni iki günün ərzində yenidən fikrini dəyişə bilər”. Bu fikirləri “Reytinq” qəzetinə açıqlamasında hərbi ekspert Azad İsazadə deyib.Onun sözlərinə görə, Avropa əvvəldən Ukraynanı dəstəkləyir, müdafiə edir. İndiki reallıqda isə ABŞ siyasətində də dəyişiklik baş verir. “Biz gördük ki, “Valday” konfransında Rusiya prezidenti daha çox Avropanı tənqid etsə də, ABŞ-nın bostanına çox da “daş” atmadı. Çünki Rusiyada ümid var ki, Tramp yenidən danışıqlar məsələsinə qayıda və Rusiya ilə Ukrayna arasında müharibəni dayandırmaq üçün müzakirələrin alternativi olmadığını elan edə bilər. Zənnimcə, indi Rusiya buna ümid bağlayır”,- A. İsazadə əlavə edib.Hərbi ekspert xatırladıb ki, bundan əvvəl ABŞ-nın vitse-prezidenti Vens Rusiyanın dərinliklərinə çata biləcək raketlərin Ukraynaya verilməsi məsələsinin Tramp tərəfindən nəzərdən keçirildiyini vurğulayıb.A. İsazadə bildirib ki, hazırda Ukraynanın müdafiəsi zəif deyil: “Ölkə müqavimətini yüksək səviyyədə davam etdirir. Trampın prezidentliyə qayıtdığı ilk dövrlərdə Ukraynanın müdafiəsi daha zəif idi. Ona kəşfiyyat məlumatları və digər dəstək kəsilmişdi. Yəni o dövrlə müqayisədə Ukraynanın hərbi imkanları və müqavimət potensialı indi daha çoxdur”.Hərbi ekspert söyləyib ki, 2025-ci ildə Ukrayna müharibəsinin dayandırılma ehtimalı yoxdur: “Dünəndən Donbas istiqamətində yağışlar başlayıb. Bu o deməkdir ki, hücum cəhdləri zəifləyəcək. Yağış və palçıq həm hücum, həm də müdafiə üçün çətinliklər yaradacaq. Ehtimal edirəm ki, yanvar-fevral aylarında torpaq nisbətən donacaq və bu zaman hücum yenidən şiddətlənə bilər”. A. İsazadə bu il üçün sülh hərəkətlərini aşağı sayır: “Nəzərə almaq lazımdır ki, Rusiyada da vəziyyət gərgindir. Bu gün gözə görünməyən hansısa bir amil bir ay sonra Rusiyada və ya Ukraynada böyük problemə çevrilər və müharibəyə bilavasitə təsir göstərə bilər”. İsazadə sonda əlavə edib ki, yox, əgər hər şey indiki kimi davam edərsə, bu zaman tərəflər uzun müddət döyüşməli olacaqlar.Nemət ORUCOVReyting.az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
13
1
reyting.az

2Sources