EN

Bu yol qismən bağlanır

Sabahdan etibarən Yasamal rayonu Xarici Dairəvi avtomobil yolunun yan yolunda nəqliyyat vasitələrinin hərəkəti qismən məhdudlaşdırılacaq.

"Cebheinfo.az" xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) məlumat yayıb.

Bildirilib ki, məhdudlaşdırma 7 oktyabr saat 08:00-dan 9 oktyabr saat 24:00-dək  Bakı şəhəri, Yasamal rayonu, (Məhəmməd Xiyabani küçəsindən Moskva prospektinədək olan hissə) aparılacaq təmir işləri ilə əlaqədardır.

Məlumata görə, qeyd olunan müddətdə nəqliyyat vasitələrinin hərəkəti avtomobil yolunun sözügedən hissəsində qismən məhdudlaşdırılacaq.

Sürücülərdən diqqətli olmaları, yol hərəkəti qaydalarına və müvəqqəti yol nişanlarının tələblərinə riayət etmələri xahiş edilir.

"Cebheinfo.az" 

Chosen
27
13
cebheinfo.az

10Sources