EN

Bağırsaq sağlamlığı niyə vacibdir və onu necə yaxşılaşdırmaq olar?

Araşdırmalar göstərir ki, bağırsaq sağlamlığı yalnız həzm sistemi ilə deyil, həm də xolesterin səviyyəsi, emosional vəziyyət və ümumi sağlamlıqla sıx bağlıdır.

E-saglam.az xəbər verir ki, insan orqanizmində bağırsağın rolu haqqında məlumatlar artdıqca, bu sahəyə maraq və onu qorumaq istəyi də güclənir. Polaris Market Research şirkətinin məlumatına görə, qlobal probiotik bazarının dəyəri 2021-ci ildə təxminən 60 milyard dollar təşkil edib və 2030-cu ilədək hər il 7%-dən çox artım gözlənilir.

Mütəxəssislər bildirirlər ki, sağlam bağırsağı müəyyənləşdirmək asan deyil, çünki bu orqan olduqca mürəkkəb bir sistemə malikdir və onun vəziyyətini ölçmək üçün tək bir göstərici mövcud deyil. Buna baxmayaraq, müntəzəm və balanslı qidalanma, liflə zəngin məhsullar, probiotik və prebiotiklər, eləcə də stressin azaldılması bağırsaq mikroflorasının tarazlığını qorumaqda mühüm rol oynayır.

Mütəxəssislər əlavə edirlər ki, sağlam bağırsaq həm həzm sisteminin düzgün fəaliyyəti, həm də beyin və immun sisteminin sağlamlığı üçün əsas amillərdən biridir.

Tərcümə: Nəzrin Abbas

E-saglam.az

Chosen
16
e-saglam.az

1Sources