EN

Dünyada 300 milyondan çox insanın EVİ YOXDUR

Ajans.az  BMT-nin saytına istinadla xəbər verir ki, bu barədə oktyabrın 6-da qeyd olunan Ümumdünya Habitat Günü münasibətilə Birləşmiş Millətlər Təşkilatında xatırladılıb. Bu il Habitat Günü “Böhranın aradan qaldırılması üzrə şəhər həlləri” mövzusu altında keçirilir. BMT bu il məcburi köçkünlük problemlərinə miqyaslı həll yolları tapmağa diqqət çəkir.

BMT-nin Baş katibi Antonio Quterreş bu gün münasibətilə yayımladığı müraciətdə bildirib: “Silahlı münaqişələr, siyasi qeyri-sabitlik və iqlim böhranı 123 milyon insanı öz evlərini tərk etməyə məcbur edib və onların əksəriyyəti artıq çətinliklərlə üzləşən şəhərlərdə və qəsəbələrdə sığınacaq axtarır”.

Chosen
16
3
Ajans.az

10Sources