EN

Qırğızıstan III MDB Oyunlarında çövkən üzrə bürünc medal qazandı

Şəki şəhər stadionunda III MDB Oyunlarının çövkən yarışlarında bürünc medal uğrunda qarşılaşma baş tutub.

90deqiqe.Az xəbər verir ki, gərgin idman mübarizəsində Qırğızıstan və Qazaxıstan komandaları üz-üzə gəlib.

Oyunun start fitindən öncə hər iki ölkənin — Qırğızıstan və Qazaxıstanın Dövlət himnləri səsləndirilib. Maraqlı idman atmosferində keçən qarşılaşmada Qırğızıstan komandası rəqibini 2:0 hesabı ilə məğlub edərək turnirin bürünc medalına sahib çıxıb. Qazaxıstan komandası isə yarışları dördüncü pillədə tamamlayıb.

Çövkən yarışlarının final qarşılaşması isə oktyabrın 7-də keçiriləcək. Finalda Azərbaycan və Özbəkistan komandaları III MDB Oyunlarının çempionu adını qazanmaq uğrunda mübarizə aparacaq.

Chosen
41
90deqiqe.az

1Sources