Şəki şəhər stadionunda III MDB Oyunlarının çövkən yarışlarında bürünc medal uğrunda qarşılaşma baş tutub.
90deqiqe.Az xəbər verir ki, gərgin idman mübarizəsində Qırğızıstan və Qazaxıstan komandaları üz-üzə gəlib.
Oyunun start fitindən öncə hər iki ölkənin — Qırğızıstan və Qazaxıstanın Dövlət himnləri səsləndirilib. Maraqlı idman atmosferində keçən qarşılaşmada Qırğızıstan komandası rəqibini 2:0 hesabı ilə məğlub edərək turnirin bürünc medalına sahib çıxıb. Qazaxıstan komandası isə yarışları dördüncü pillədə tamamlayıb.
Çövkən yarışlarının final qarşılaşması isə oktyabrın 7-də keçiriləcək. Finalda Azərbaycan və Özbəkistan komandaları III MDB Oyunlarının çempionu adını qazanmaq uğrunda mübarizə aparacaq.