EN

Təbii afrodizyak və maqnezium mənbəyi qida adlandırıldı

Rusiyalı dietoloq, “SM-Clinic” mütəxəssisi Yelena Ustinova balqabaq toxumlarını həm yüksək qida dəyərinə, həm də sağlamlığa çoxsaylı faydalarına görə “superfood” adlandırıb.

E-saglam.az xəbər verir ki, bu məhsul sinir sistemi, sümüklər, böyrəklər və digər orqanlar üçün son dərəcə faydalıdır və eyni zamanda təbii afrodizyak hesab olunur.

Ustinovanın fikrincə, balqabaq toxumlarının kalori dəyəri qoz-fındıqla müqayisə edilə bilər — 100 qramda təxminən 550 kilokalori var. Toxumlar tərkibindəki bitki zülalları, maqnezium, fosfor, sink, manqan və kobalt sayəsində orqanizmi vacib minerallarla təmin edir.

Bir ovuc (təxminən 60 qram) balqabaq toxumu gündəlik maqnezium normasını ödəyir. Bu mineral əzələlərin və sinir sisteminin rahatlamasına, stressin azaldılmasına, yuxunun normallaşmasına və şişkinliyin aradan qalxmasına kömək edir.

Bundan əlavə, toxumlar bədənin gündəlik fosfor ehtiyacını da qarşılayır — bu isə sümüklərin möhkəmlənməsi üçün vacibdir. Sink kişi hormonlarının istehsalında mühüm rol oynayır, xrom isə karbohidrat mübadiləsini tənzimləyərək iştahanı azaldır.

Həkim əlavə edib ki, balqabaq toxumları həm də qaraciyər və öd kisəsi üçün faydalıdır. Lakin xroniki xəstəlikləri olan şəxslər bu məhsulu rasionlarına daxil etməzdən əvvəl həkimlə məsləhətləşməlidirlər.

Ustinova bildirib ki, toxumları istənilən formada yemək mümkündür, lakin təmizlənməmiş (qabıqlı) şəkildə qəbul edildikdə qida maddələri daha yaxşı qorunur. Məhsulu hava keçirməyən qablaşdırmada almaq, çəkilə satılanlardan uzaq durmaq tövsiyə olunur.

Mütəxəssis qeyd edib ki, bütün faydalarına baxmayaraq, gündə 50 qramdan artıq qəbul edilməməlidir, çünki balqabaq toxumu yüksək kalorili məhsuldur.

Tərcümə: Nəzrin Abbas

E-saglam.az

Chosen
8
e-saglam.az

1Sources