EN

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Azərbaycana səfərə gəlib

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Azərbaycana səfərə gəlibQazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət Başçıları Şurasının 12-ci Zirvə Görüşündə iştirak etmək məqsədilə oktyabrın 6-da Azərbaycana səfərə gəlib.

Sonxeber.az AZƏRTAC-a istinadən xəbər verir ki, Qəbələ Beynəlxalq Hava Limanında ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevi hava limanında Azərbaycanın elm və təhsil naziri Emin Əmrullayev və digər rəsmi şəxslər qarşılayıblar.

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Azərbaycana səfərə gəlib

Chosen
23
44
sonxeber.az

10Sources