EN

Ukraynalı futbolçu Azərbaycan millisi ilə oyunu buraxacaq

DÇ-2026-nın seçmə mərhələsində İslandiya və Azərbaycanla qarşılaşacaq Ukrayna millisinin heyətində dəyişiklik baş verib.

Trend xəbər verir ki, “Trabzonspor”da çıxış edən Oleksandr Zubkov zədə səbəbindən millidən kənarlaşdırılıb.

29 yaşlı yarımmüdafiəçinin əvəzinə heyətə “Şaxtyor”dan Oleq Oçeretko dəvət alıb.

Qeyd edək ki, Ukrayna millisi oktyabrın 10-da Reykyavikdə İslandiya, 13-də isə Krakovda Azərbaycanla qarşılaşacaq.
Chosen
6
4
sherg.az

5Sources