AZ

Ukraynalı futbolçu Azərbaycan millisi ilə oyunu buraxacaq

Bakı. Trend:

DÇ-2026-nın seçmə mərhələsində İslandiya və Azərbaycanlaqarşılaşacaq Ukrayna millisinin heyətində dəyişiklik baş verib.

Trend xəbərverir ki, “Trabzonspor”da çıxış edən Oleksandr Zubkov zədəsəbəbindən millidən kənarlaşdırılıb.

29 yaşlı yarımmüdafiəçinin əvəzinə heyətə “Şaxtyor”dan OleqOçeretko dəvət alıb.

Qeyd edək ki, Ukrayna millisi oktyabrın 10-da Reykyavikdəİslandiya, 13-də isə Krakovda Azərbaycanla qarşılaşacaq.

Məqalədə:
Seçilən
8
4
az.trend.az

5Mənbələr