EN

Dünyanın ən yaşlı kişisinin 113 yaşı tamam oldu - FOTO

Dünyanın ən yaşlı kişisi kimi tanınan braziliyalı João Marinho Neto 113 yaşını qeyd edib. Avtosfer.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə Ginnesin rekordlar kitabının saytında məlumat verilib. Neto ad gününü 5 oktyabrda ailəsi ilə birlikdə qeyd edib. Onun ad günü şərəfinə Ginnesin rekordlar kitabının nümayəndələri onun uzunömürlülüyünün sirrini xatırladıblar. Neto bir dəfə demişdi ki, uzun ömrün açarı ətrafında yaxşı insanların olmasıdır. Qeyd edək ki, Neto 1912-ci ildə braziliyalı fermer ailəsində anadan olub. Onun altı övladı, 22 nəvəsi, 18 nəticəsi var. Neto 2024-cü ilin noyabrında britaniyalı Con Tinnisvud vəfat edəndə dünyanın ən yaşlı adamı elan edilib.

Chosen
5
2
avtosfer.az

3Sources