EN

Villasını bu qiymətə satır Foto

Qafqazinfo portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Türkiyəli xəbər aparıcısı Reha Muhtar İstanbul Boğazındakı villasını satışa çıxarıb.

“Qafqazinfo” “Sözcü”yə istinadla xəbər verir ki, İstanbulun Baltaliman ərazisində yerləşən villa üçün 20 milyon dollar (təxminən 833,7 milyon lirə) qiymət müəyyən edilib.

Bildirilib ki, aparıcı bu evi 2000-ci ildə 4,5 milyon dollara alıb. O, 2010-cu ildə aktrisa Deniz Uğurdan boşandıqdan sonra villa ilə bağlı mübahisələr yaşamışdı. Bundan başqa, D. Uğur həm ev, həm də uşaqlar üzərində hüquq iddiası qaldıraraq məhkəməyə müraciət etmişdi.

Qeyd edək ki, keçən il evində baş verən qəza nəticəsində ciddi şəkildə yaralanan və bir müddət xəstəxanada müalicə alan R. Muhtar o vaxt verdiyi açıqlamada ailəsi və uşaqları ilə bağlı sensasional fikirlər səsləndirmişdi.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
13
qafqazinfo.az

1Sources