EN

Kannavaro Özbəkistan millisi ilə müqavilə bağladı

Özbəkistan milli komandasının yeni baş məşqçisinin adına aydınlıqq gəlib.

Bizim.Media xəbər verir ki, Asiya təmsilçisini Fabio Kannavarro çalışdıracaq. Bu barədə yerli federasiyanın mətbuat xidməti məlumat yayıb.

İtaliyallı mütəxəssislə 2026-cı ilin 31 iyul tarixinə kimi nəzərdə tutulan müqavilə imzalanıb.

Fabio Kannavaronun son iş yeri Zaqreb "Dinamo"su olub. 52 yaşlı məşqçi bu ilin aprel ayında istefaya göndərilib.

Qeyd edək ki, Özbəkistan yığması 2026-cı ildə keçiriləcək dünya çempionatının final mərhələsində iştirak edəcək.

Rəşad Rafiqoğlu, Bizim.Media

Chosen
6
3
bizim.media

4Sources