EN

Türkiyədə mikroavtobus uçuruma aşdı - 5 nəfər öldü

Türkiyənin Mersin vilayətinin Ərdəmli rayonunda kənd təsərrüfatı işçilərini daşıyan mikroavtobusun uçuruma aşması nəticəsində 5 nəfər ölüb, 14 nəfər yaralanıb.

"Unikal" Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisə barədə məlumat daxil olduqdan sonra əraziyə təcili tibbi yardım, jandarma və yanğınsöndürmə briqadaları cəlb edilib.

Yaralı 14 nəfər yaxınlıqdakı xəstəxanalara yerləşdirilib. Hazırda hadisə yerində araşdırmalar davam etdirilir.

Chosen
110
2
unikal.az

10Sources