Bakı. Trend:
Türkiyənin Mersin vilayətinin Ərdəmli rayonunda kənd təsərrüfatıişçilərini daşıyan mikroavtobusun uçuruma aşması nəticəsində 5nəfər həlak olub, 14 nəfər yaralanıb.
Trend bu barədəTürkiyə KİV-ə istinadən xəbər verir.
Hadisə barədə məlumat daxil olduqdan sonra əraziyə təcili tibbiyardım, jandarma və yanğınsöndürmə briqadaları cəlb edilib.
Yaralı 14 nəfər yaxınlıqdakı xəstəxanalara yerləşdirilib.Hazırda hadisə yerində araşdırmalar davam etdirilir.